Tufan Qopa

Tufan qopa bulud gələ qar yağa.
Çəkiləsən evinin bir küncünə.
Soba yana yavaş -yavaş səs sala.
Baş qoyasan ananın diz üstünə.

Sığal çəkə cadar əllər başına.
Xumarlanıb şirin yuxu tapasan.
Bircə saat dizi üstə ananın.
Lap bir ilin yuxusunu alasan.

Ağ donunu geyə qardan hər tərəf.
Çölə çıxıb qar adamı qurasan.
Gözlərini qara kömürdən çəkb.
Başına bir vedrə papaq qoyasan.

Yenə bata selə suya ayağın.
Əllərini qar dondurub buz edə.
Dayanasan isti soba önündə.
İsti vurub yanağını al edə.

Yatmayasan sevincindən o gecə.
Gözləyəsən həsrət ilə sabahı.
Dayanasan pəncərənin önündə
Seyr edəsən qurduğun qar adamı..

Qaranlıqda işıq saça bəyaz qar.
Ulduz-ulduz naxış vura aynaya.
Yatmayasan oyaq qalıb o gecə.
Tələsəsən tez çıxasan sabaha.

Nahide Tagiyeva Qurbanova

29.11.2017

www.kafiye.net