Yol gedirəm .

Sübh erkən .
addım-addım yola düşüb yol gedirəm .
Küçədəki izdihama qarışmaq çün tələsirəm….
Yetişdimmi!!! .
Yox oluram .
Elə orda izdihamda mən özümü itirirəm.
Sübh erkən .
Simalara fikir verib nə görürəm ?!
Budur çox bir gənc ana.
Körpəsinin əlindən möhkəm-məhkəm tutaraq
Can atır izdihama.
Çox məğrur yerişi var.
O da yaman tələsir.
Gah dayanır gah gedir.
Əlindən yapışdığı körpəsi çox gecikir.
Hələ yarı yuxulu, hələ tam oyanmayıb.
Gözlərindən görsənir .
Yuxusundan doymayıb.
Ana min şirin dillə balsını dindirir.
Yolun düz ortasında körpəni sevindirir.
Eşib əl çantasını nəsə axtarır orda.
Aha tapdım deyəsən ,gizlənibdir bax burda!
Sevincək bir balaca konfet verir balaya.
Körpəsinin sevinci dünya verir anaya.
Yenə atır addımın yenə tez –tez qaçaraq .
Körpəsini alıb yerdən ,qucağına basaraq .
Yəqin işə tələsir
Körpəsini verəcək yəqin bəlkə bağçaya
Bəlkə ona baxacaq başqa bir yad anaya.
Budur yaşlı bir kişi.
O ,da yol gedir yavaş.
Deyəsən çox yorulub .görkəmi deyir bunu.
Nimdaş paltosunun sökülübdür boyunu.
Gözü çuxura düşüb,həyat eşqi sönübdür
Elə bil bu həyatın Üzü ondan dönübdür.
Beli dərddən bükülüb qəddi tamam əyilb
Həyatın bəd silləsi ona deyəsən dəyib.
Getmək istəmir sanki, ayaqların sürüyür.
Getdiyi asfalt yolda arada bir büdrüyür.
Qarışır izdihama qoca da itir gözdən.
Sübh erkən
Gün hələ heç çıxmamış.
Küçələr dolub daşır.
Hamı yol alıb gedir.
Hamı ,hamı tələsir.!
Kimi işə yollanır, kimi dərsə gecikir.
Yaranır bir izdiham
Küçələr, dolub daşır.
Böyük kiçik hamısı biri, birinə qarışır.
Baxıram simalara ,baxıram mən üzlərə
Elə bil kədər çöküb gördüyüm çox gözlərə.
Saçları qara bənzər bir qadın da dayanıb.
O ,da bu gün erkəndən, lap sübhdən oyanıb.
Başındakı çalması sürüşübdür başından,
Düz boynunda dayanıb
Söykənib buz divara sakit baxır dayanıb .
Baxışında sual var.
Baxışları danışır.
Sanki , o suallara qadın cavab axtarır.
Küçələri süpürür hər gün tezdən o başdan.
Çörəyini qazanır, o da beləcə daşdan
Boş siqaret qutusu ,yarımçıq siqaretlər.
Yerə atılmış olan ,həm kağız, həm qəzetlər.
Zamanlı ya zamansız qopub düşən yarpaqlar.
Içilib yerə düşən boşalmış butulkalar.
Bütün günü süpürür əlləri qabar olur.
O qadın süpüdükcə zibil qabları dolur
Küçələrə tökülən çırtlanmış tum qabığı.
Tamam əldən salıbdır süpürgəçi qadını.
Sübh erkən.
Yaşadığım şəhərin mənzərəsi bu olur.
Gəzdikcə addım –addım adamın gözü dolur.
İnsanlar bezib sanki bu maraqsız həyatdan.
Qana susamış olan qaniçən kainatdan..

Nahide Tagiyeva Qurbanova
29.11.2017
www.kafiye.net