SÜZDÜRÜP

Süzdürüb qaş gözünü, arvad düz sağdan sola.
Əsəbindən az qaldı, dartıb saçını yola.

Çəpəki, nəzər saldı yenə oturan ərə.
Az qaldı əsəbindən yıxıla gələ yerə

Gördü əri oturub yayxanıb lay divana.
İşə getmək istəmir istəyir hey yubana

Sanki qazancdan gəlib kişi yaman yorulub.
Hər işi yolundadır yaman rahat oturub.

Qış kəsibdir qapını otaqlar buza dönüb.
Qaz gəlmir odunu yox soba xeyli var sönüb.

Boşalıb un çuvalı ,yağ qurtarıb qəndi yox
Ət qalxıb on manata anlamırkı dərdi çox.

Bazardan yox xəbəri od tutub aləm yanır.
Bazara hər gedənin cibi əlləri yanır.

Kişi yatır divanda yayxanıbdır gör necə.
Mürgü vurur divanda gündüz onun çün gecə.

İstəmir evdən çıxa bir zəhmətə alışa.
İşləyə zəhmət çəkə tər torpağa qarışa.

Bir çörək alıb gələ evdə arvad uşağa .
Arvad da qazan qoya arada bir ocağa

Nə qədər yaşayacaq göz dikəcək arvada.
Arvad qazanc gətirə o da tökə qarına.

Nahidə Tağıyeva Qurbanova
05.12.2107
www.kafiye.net