Itirdim

Neçə ilin söhbətini, sözünü,
Çözələyib məqamına gətirdim,
Hər ikimiz qəbul etdik düzünü,
Sən sevgimi, mən şeirimi itirdim.

Hər söz qələmimin göz yaşı oldu,
Məhəbbətim dövranın çaşı oldu,
Son mesajın başımın daşı oldu,
Eşqim üçün dərindən köks ötürdüm.

Sözlərimi kim oxudu, nə qandı,
Daha yazmayacam, pozuram andı,
Elə bilirdim ki, ruhum cavandı,
Bircə günə bu gəncliyi itirdim.

Qönçə ikən soldu əkdiyim güllər,
Düşdüm ağızlara, qınadı dillər,
Vaxt var idi, oxuyardı gözəllər,
Yadda qalan sevgi dolu sətirdim.

Sevgim sürüklədi, gör məni hara,
Çingizəm, qələmim gəlmədi kara,
Bu namə çatınca o zülümkara,
Bəlkə də ömrümü sona yetirdim.

Çingiz Kürdəmirli.
www.kafiye.net