Bağışla2

Hekayə

Elçinə çay süzüb gətirən Səma yeni bişirdiyi çiyələk mürəbbəsində kiçik mürbbə qabına qoyub onun stəkanının yanına qoydu. Ən çox sevdiyin mürəbbədir .Bir dadına bax gör necə alınıb dedi.
Sənin xoşuna gəldiyi üçün bişirdim. Onsuzda nə mən, nə də uşaqlar mürəbbə yeyən deyilik bax deyib uşaq kimi barmaqlarını göstərdi düz 2 balon bişirmişəm qışdan yaya kimi çayla içərsən deyib, yenə zərif gülüşünü büruzə verdi.
Elçinin onun sözlərinə heç bir qarşılıq vermədiyini görüb , səliqə ilə ütülənib qatlanmış paltarları götürüb yan otağa keçdi. Bu gün həyat yoldaşı ilə ciddi danışmalı olduğunu qarşısına bir məqsəd kimi qoymuşdu. Amma onun, qara dinməzliyi bu gündə Heyranı fikrindən daşındırdı. Bəlkə mən bilmədiyim bir iş var ?
Yoxsa mənə çoxda deyərdi.
Paltarları qarderoba yerləşdirib yenidən qonaq otağına qayıtdı. Elçin oturduğu yerdən hələ də tərpənməmişdi. Gözlərini bir nöqtəyə dikib dərin fikrə getmşdi.Heyranın gətirdiyi çay da, içilməmiş buza dönmüşdü..Ona yaxınlaşıb əlləri ilə həyat yoldaşının saçlarına sığal çəkən qadın bir həyat yoldaşı deyil sanki bir ana qayğısı ilə sakit bir səslə sənə nə olub Elçin deyə soruşdu?
Çayını niyə içməyib buza döndərmisən? heç mürəbəyə də toxumamısan çayını təzələyimmi deyib həyat yoldaşına baxdı. Yox lazım deyil,İstəmirəm .
Onun bu nəvazişi Elçini həyacanlandırdı.Anca da tez özünü ələ almaöı bacardı.Deyəcəyi söz düyünlənib boğazına tıxandı.
Elə bil danışmağa gücü qalmadı.
Heç son günlər çox yoruluram deməklə kifayətləndi.Əlini başına doğru aparıb Heyranın əlindən tutub gözlərinin önünə doğru gətirdi.Diqqətlə baxıb ,bu əllər əziyyətimi çəkir deyib .xəcalətlə qadınının üzünə baxdı.Qadının gözlərində olan işıq onu elə bil qorxuya saldı.Susub yenidən danışdı .Sənin gözlərin hər gün yoluma dikilib həsrətlə məni gözləyir.Qəlbin ancaq mənə və iki körpəmizə aid olan sevgiyə döyünür. Heyran gülümsünüb ona baxan gözlərdə bir kövrəklik gördü özüdə kövrəldi bunu hiss etdirməmək üçün nə yaman kövrək olmusan Elçin dedi?
Elçinin onun verdiyi suala cavab olaraq dediyi sözlər 
Görəsən çəkdiyin əziyyətə dəyirəmmi?
Bu söz qadını ondan bir adddım geriyə doğru çəkdi.
Onun dediyi sözlərin nə olduğunu anlamayan qadın, narazı halda ,bu nə sözdür sən allah axşam-axşam deyirsən?
Əlbəttə dəyirsən. Sən dünyanın ən yaxşı atası və ən etibarlı həyat yoldaşısan deyib susdu.

Nahidə Tağıyeva Qurbanova
02.12.2107
Ardı var
www.kafiye.net