Bele

Belə darıxa adam,,
Elə darıxasan gecənin bir aləmi,
Yadına anan düşə.
Uşaq vaxtı çalınan ,
Yadına laylan düşə.
Qoca nənən ,baban da 
Gələ düşə yadına .
Baş götürüb qaçasan, bu yalançı dünyadan.
Qovuşasan anana, nənənə ,həm babana.
Sənə yuxu gətirən, o çalınan laylana.
Baban baxa sevinə ,nənən boyunu sevə.
Anan üzünə baxa ,sənə gülüş göndərə.
Darıxasan gecənin bir aləmi.
Anan ,yadına düşə.
Unudasan hamını, qohumunu yadını.
Keçmişə yolun düşə,
görəsən hamı sağdır.
Hər kəs hələ cavandır.
Atan, heç qocalmayıb. 
saçları ağarmayıb
Əyməyib dərd qəddini, bükməyibdir belini.
Görəsən hamı sağdır. 
qardaşın ,da bacın da .
Hamısı cəm olubdur ,həm sağında solunda.
Baxsan süfrə açıb, anan sənə eyvan da.
Nənən də hələ sağdır ,oturubdur yanın da.
Görəsən, bir balaca ,qız oynayır o yan da .
Balaca ağ məstanın yenə quyruq bulayır.
Heç kimə yaxın gəlmir quyruğuyla oynayır
Adam belə darıxa elə darıxanda da.
Gecənin bir aləmi.

08.11.2017.
Nahidə Tagıyeva Qurbanov
www.kafiye.net