BİR GÜN

Qəlbimi küsdürüb çıxıb getsən də
Bir gün döyəcəyəm qapını sənin.
Məni sevdiyimə peşman etsən də
Bir gün döyəcəyəm qapını sənin..
*
Bağrına basdın hər düşməni,yadı
Sonunda qaçacaq ağzının dadı
Yaxacaq canını hicranın odu.
Bir gün döyəcəyəm qapını sənin..
*
Keçmişi düşünüb gözün dolacaq
Ömrün daim qüssə, qəmli olacaq
Həsrətli gözlerin yolda qalacaq
Bir gün döyəcəyəm qapını sənin..
*
Təklikdən bədənin tir-tir əsəndə
Kədər nəfəsini sıxıb kəsəndə
Könlün bu aləmdən doyub, küsəndə
Bir gün döyəcəyəm qapını sənin…
*
Səni tərk edərsə sevdiyin canan
Onda kim olacaq oduna yanan?
Soran olmayacaq halini inan..
Bir gün döyəcəyəm qapını sənin
*
Səni son bir dəfə görmək üçün mən,
Həsrəti yollara sərmək üçün mənn,
Sənə bir təsəlli vermək üçün mənn..
Bir gün döyəcəyəm qapını sənin…
*

Nazlı Hacılı.
24.07.2016.
www.kafiye.net