QALİB GÖYƏRÇİN.

Göyərçinlə bir pişik
Gizlənpaç oynayırdı.
Pişik gedib gizlenir,
Göyərçin də sayırdı.
*******************
Bir divarın dalında
Qaçıb gizləndi pişik.
Özünü qalib sayıb
Yaman nazlandı pişik.
*********************
Qanadlanıb göyərçin
Göydən pişiyi gördü.
Yuxarıdan baxaraq
Qanadlarını gərdi.
********************
Dedi:-Sən gizlənsən də
Uca divar dalında
Asanlıqla taparam
Bil ki səni sonunda.
**********************
Donaraq yerindəcə
Pişik cavabsız qaldı.
Gizlənpaç oyununda
Göyərçin qalib oldu.

Nazlı Hacılı.
19.05.2017.
www.kafiye.net