Bitən sevgi!

Yazılmadı ömrümüzə,
Xəyallarda ötən sevgi,
Nə verdi ki,deyin bizə,
Yazılmamış bitən sevgi!
*
Çatsa vüsal adiləşər,
Bunu bilsin adi bəşər,
Qovusarsa gözdən düşər,
Əl çatmayan,itən sevgi!
*
Gözlərinin içi gülər,
Qüssəni qəlbindən silər 
Vallah sevincindən ölər l
Arzu-kama yetən sevgi!
*
Kipriklərə nəm düzülər
Gözündən yaşlar süzülər,
Həm nazilər,həm uzulər,
Ürəkdə bir çətən sevgi!
*
Yandırsa da sevən kəsi,
Gün gündən artar həvəsi,
Oxudar hicran nəğməsi,
Solmaz üçün bitən sevgi!
Ürəyində itən sevgi!

Solmaz Şirvanlı
29-09-2017
www.kafiye.net