Yad insanlar 
(hekayə) 4

Gecə neçəyəcən bilmədim, atamın əsgər yoldaşı onu, arvadı anamı sakitləşdirirdi, daha demirdi lər ki, sükutlarında dili-ağzı bağlanan valideyinlərim dediklərini nə anlayır, nə də eşidir. Daha doğrusu, söz xatirinə eşidirlər, fikirləri-zikirləri başqa yerdədir.
Mənim utanmağım da, xəcalət çəkməyim də bir-iki saat çəkdi. Sonra fikirləşdim ki, valideyinlərim mənim dağa çıxmağımı şişirdiblər. Pis yola düşməmişəm, iynə vuranda tutmayıblar, ağla gələn ən iyrənc hərəkəyləri eləməmişəm. Niyə utanırlar, mənə çatmadı!…
Valideyinlərimin bugün keçirdikləri həyəcandan məni danlamağa halları yoxuydu, qısası. Bu da mənə sərf elədi. Sərf elədi deyəndə ki, uzun çəkmədi. Yan otaqdan ev sahibinin oğlu əlində telefon, içəri girdi, düşünmədən, ağılsızcasına xəbər verdi. – Bacı, saytlarda səndən danışırlar. You tube – da sənin videon var. Məşhur oldun. 
İyirmi yaşlı bu oğlanın uşaq söhbəti eləməyi məni hövsələdən çıxardı. Günahkaram, axı, səsimi çıxarda bilmirəm, bacısıyla birgə gözlərimi ağardıram ki, mumla, ocağa su tökməyi indidən öyrən. Anası nahaqdan tez-tez gicbəsər demirdi ki! Daha gec idi, gicbəsər yanan ocağa çoxdan benzin tökmüşdü. Zalım oğlu!…
Atam ağır-ağır ayağa qalxdı, telefonu gicbəsərdən aldı. 
– Nə yazılıb? 
– Əmi, qızın əsl qəhrəmandır. 
– Videosuna qoş. 
Gicbəsər yout tube -da olan videonu atama göstərdi. Dədəmdə bu yaşda, bu maraq hardandı, anlamadım, videonun altındakı şərhləri oxuyurdu

Xəcalətli üzünü qəzəbli siması əvəz edəndə başa düşdüm ki, işlər fırıxdı. Atam üzümə baxdı, baxdı, baxdı, sonra ” Tfuu”!… Anam da qoşuldu atama, başqa cür edə bilməzdi heç! Bir-iki dəfə üzümə tüpürüləndən sonra bilmişəm, məni tərifləyib qəhrəman edənlərlə yanaşı, dağa çıxmağımı intihar kimi yozanlar da olub. Sağ olsunlar, onların düşüncəsinə görə, subay qız intihar edirsə, mütləq altı kiminsə badına getməlidir
Ev sahibi atamı birtəhər sakitləşdirib, həyətə çıxdılar, arvadı isə anamı sakitləşdirə-sakitləşdirə qızıyla məni əlinin işarəsiylə qovdu. Zəminənin otağına gəldik.
Telefonda videomu təzədən izlədim, istədim bakirəliyim haqqında ağzına gələni yazan gədəyə ağzıma gələni yazam, fikrimdən daşındım. Özünü yanımda şam tutmuş kimi aparan gədəyə nəysə yazmağın xeyri olmazdı. Daxilən yengə kimi formalaşmış gədəydi.
Gecə saat üçdür. Hamı yatmışdı, Zəminəylə məndən başqa. Zəminəyə gördüyüm naməlum cənabdan danışdım. Dedi, gecə onsuzda bütün gəmilər sahildə olur. Ağlıma fikir gəldi. Zəminəgilin evindən sahilə on beş dəqiqəlik yoldur. Zəminəni öpdüm, qızı yoldan çıxartmaq üçün dil tökən oğlanlar kimi apardım özümü. Zəminə də birinci naz edib, etiraz edən qızlar kimi “Yox” dedi. Sonunda ” arada fərqli hisslər yaşanmalıdır” deyib, mənimlə razılaşdı. Tez qələm götürüb dəftərə naməlum cənaba ürək sözlərimi yazdım, sonra vərəqi dəftərdən qopardıb, pəncərədən həyətə goppandıq.Bu gecə mesajım naməlum cənaba çatmalıydı!…

Şəfaqət Cavanşirzadə
www.kafiye.net