Gedəcəm!

Dönmüşəm biləsən göy göyərcinə,
Uçub əllərindən elə gedəcəm.
Sən məni ağlatdin güldürmədin ki,
Döndərib yaşımı selə gedəcəm!
*
Sənli xəyalları ovunduracam,
Sənə olan eşqi bil donduracam,
Sənli arzuları bil yandıracam,
Tutacam özümü dilə gedəcəm!
*
Qəvvas olub dəryalarda üzəcəm,
Xatirənlə bil qol-boyun gəzəcəm,
Sözlərini bir-bir sapa düzəcəm,
Dərdindən bağlayıb şələ gedəcəm!
*
Səni gözləməyin yeri yox daha,
Açıldı hər günüm amana-aha,
Hər zülmət gecəyə,açan sabaha,
Sevgimi döndərib külə gedəcəm!
*
Arama Solmazı, axtarma daha,
Batırıb könlünü öyle günaha
Bil ki,yol alacam nurlu sabaha,
Baş götürüb eldən-elə gedəcəm!

08-09-2017
Solmaz Şirvanlı
www.kafiye.net