Möhürlənmişəm!

Eləcə xəstəyəm,eləcə əzgin,
Deyəsən qarpızdan zəhərlənmişəm!
Axır sərxoş kimi gözlərim süzgün,
Ağrıdan,acıdan qəhərlənmişəm!
*
Üç gündür bilmirəm nə haldayam mən,
Əzgünəm,həm süstəm,məlaldayam mən,
Sabaha inamsiz,sualdayam mən,
Əzabdan,ağrıdan bəhərlənmisəm!
*
Şeir xatirinə yazmıram ki,mən,
Alıb başım üstün baxın duman-çən,
Şair şeir yazır göz gördüyündən,
Qəlbimə dərd yığıb yəhərlənmişəm!
*
Solmazam,inanın dostlar sözümə,
Məəttəl qalmışam özüm-özümə,
Dedim bir yol alım gedim yüzümə,
Ölüm fərmaniyla möhürlənmişəm!
Baxıb bu halıma qəhərlənmişəm!

02-08-2017
Solmaz Şirvanlı
www.kafiye.net