Huseyn/ə.s/
“Nuri-eynim” dedi peyğəmbər ona,
Ərşdə nuri-subhandır Huseyn.
Taxdılar nizələrə pak Quranı,
Nizə başındakı Qurandır Hiseyn.

 

Məzluma, yetimə ehsan eylədi,
Batili yer ilə yeksan eylədi.
Haq yolunda canı qurban eylədi
Odur ki dillərə dastandır Huseyn.
Nizə başındakı Qurandır Huseyn.

 

Üzünü cırmağının qiyməti nə?
Başını yarmağının qiyməti nə?
Düşün bu şəhadətin hikməti nə?!
Byurun, mərdliyə meydandır Huseyn.
Nizə başındakı Qurandır Huseyn.

 

“Babamın dini qoy yaşasın” -dedi,
“Tənimi qılınclar doğrasın” -dedi,
“Mən ölüm ,Haqq dinim parlasın”-dedi.
Haqq yanında ulu məqamdır Huseyn,
Nizə başındak Qurandır Huseyn.

 

Din də, Quran da əmanətdi bizə,
Verilən can da əmanətdi bizə,
Bu şəhadət özü nemətdi bizə.
Şəhidlər ağası ,sultandır Huseyn,
Nizə başındakı Qurandır Huseyn.

 

 

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net