“Gəl!” (Təcnis)

Payız gəlib yetişibdir meyvələr,
Dərilməyib bağımızın barı, gəl!
Qapımızdan keçəmməsən, sevgilim,
Heç utanma, tullanıb keç barı, gəl!

Cismim ağac, uzun köksə, ürəyim,
Cismim arıq, şişman, köksə, ürəyim.
Qəm-qüssədən sığmır köksə ürəyim,
Dərdimi gör, gəzmə uzaq, barı* gəl!

Adım Elnur, öz-özümə ağa mən,
Deməmişəm heç vaxt “qara” ağa mən.
Büküləndə kəfənə mən, ağa mən,
Gözlərimi örtmək üçün barı gəl!

Barı* – bəri.

Elnur Rəsuloğlu (Əliyev)
www.kafiye.net