Şairə Sənəm Səbayelin “Qorxuram “rədifli şerinə nəzirə.

Qocalıqda gələn sevgi.

Sovulmuş irmağa bənzər,
Uçqun vurmuş dağa bənzər,
Qurumuş budağa bənzər,
Qocalıqda gələn sevgi,
Ürəklərdə ölən sevgi.
********
Vaxtsız döyür pəncərəni,
Mat eyləyir hər görəni,
Tapılmaz çiçək verəni,
Qocalıqda gələn sevgi,
Böyüməmiş ölən sevgi.
************
Deyin nəyə lazımdı bu,
Baharımdı,yazımdı bu,
Gecələr ayazımdı bu,
Qocalıqda gələn sevgi,
Həsrət,qəmi bölən sevgi.
**************
Puç eyləyib çoxdan məni,
Çıxardıb var-yoxdan məni,
Solmaz adlı oxdan məni,
Qocalıqda gələn sevgi,
Öz ölümün bilən sevgi!!!

30-11-2016
www.kafiye.net