Qələm var ki…

Çox görmüşəm sözü üstə duranı, 
Kaş dünyada yalançılar olmaya. 
Qurban olum ərənlərin izinə, 
Namərdlərin kölgəsində qalmaya.

Göz yaranıb gözəlliyə baxmağa, 
Çay yaranıb axarıyla axmağa. 
İldırımsa buludlarda çaxmağa, 
Ola bilməz dağı duman almaya.

Kaş həmişə saf məhəbbət var ola, 
Vəfasızlar el içində xar ola. 
Görmüsənmi sədaqətli yar ola, 
Ürəkləri od, alova salmaya?

Misra var ki, qayaları yandırar, 
Kəlam var ki, hökmləri sındırar. 
Qələm var ki, günəşi də dondurar, 
Şair gərək boş fikirə dalmaya.

28 dekabr 2007
www.kafiye.net