Ola bilməz

Ola bilməz doğuran İnsanı mühitlə zaman,
Çün mühit,zaman deyil Mənada,Mənaya çatan.

Cəmiyyət qanunudur ağalığı hifz eləyən,
Qanun ehkamlar olub ağalığı tam qoruyan.

Gücü yetməz Bəşərin yox etməyə cinayəti,
Qanunun qorxusuyla guya asayiş yaradan.

Qorxu ,zor vara bilməz Həqiqətin meydanına,
Çünki qorxu zor ilə hökmü yalandan yaranan.

Zor özün göstərib hər an qoruyan Ədaləti,
Mərhəmət niqablıdır xoş görünən,yalan satan.

Lüğəti əsarətin mədəniyyət,xilas,kömək,
Məqsədi sümürgənin yağmalamaq,bir də talan.

Nə yazıq ki,hələ yox İnsanlığa üz çevirən,
Haqq olan həbs olunur,tüğyan edir cəfəng,yalan.

Yox elə ürəyində tülkü,ilan,canavarı,
Tapasan Haqq yolunu öz-özündə Öz doğuran.

Dönə bilsək hamımız İnsanlığın Haqq səsinə,
Ürəyi Günəş olar Ellilərin zülmət yaran.

Elli Atayurd
www.kafiye.net