Kategoriler

Arşivler

Tamara Rustamova Tənha Bulud Kategoriler

Tarih 28 Nis 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

DARIXIRAM

Tikə-tikə ,çilik-çilik ürəyim,
Dar ayaqda kim oldu ki köməyim?
Zəhmət çəkdim ,boşa getdi əməyim.
Sevincim yol gedir durna köçündə

Tarih 10 Nis 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

“Bismillah” hər xeyirin başıdır

Uşaqlığım keçmədi uşaq kimi,
Qəm mənim ,mən qəmin sirdaşı idim
“Kukla”sına tort yedirəndə qızlar
Mən dərd qaşıqladım, göz yaşı yedim,
“”Bismillah” hər xeyirin başıdır “dedim..

Tarih 10 Nis 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

MƏRDİMƏZAR

Düşmən olar güllü yaza,
Dava salar yuvamıza.
Mərdə məzar qaza-qaza
Ad qazandı mərdiməzar.

Tarih 3 Nis 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Allah

Könlümdə sevincin qəbristanlığı,
Kədərin gül açan gülüstanlığı.
Zülmətin amansız hökmranlığı
Görən nə vaxtadək sürəcək,Allah?!

Tarih 27 Mar 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

GƏLMİŞƏM 

Rəbbim ,Səndən “neçin-nədən “sorulmaz,
Sevən aşiq sevdasından yorulmaz.
Bəla gəlsə cananından ,darılmaz
Dərya verdin, durulmağa gəlmişəm,
Dünya verdin ,barınmağa gəlmişəm.

Tarih 20 Mar 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Ayrılığın addım səsi olurmu?

Laqeydliyin soyuq baxışlarıyla
Ayrılığın addım səsi duyular.
Ürəkdə iz salan qırışlarıyla
Naxış-naxış bünövrəsi qoyular…
Ayrılığın addım səsi olurmu?

Tarih 20 Mar 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

HAKİMLƏRİN HAKİMİNƏ 

Dərdlərimi tək-təl yazıb vərəqə,
Hakimlərin Hakiminə göndərdim.
Dərya dilə gəldi, qopdu qasırğa
Küləklərlə göyə sovruldu dərdim.
Hakimlərin Hakiminə göndərdim.

Tarih 17 Mar 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

QURBAN OLUM

Nə cənnəti tanıyan ,nə cəhənnnəmi bilən,
Etdiyi yaxşılıqdan qəlbi sevinib gülən,
Ağzının tikəsini yetimlərə yedirən
“Dinsizin-imansızın” dininə qurban olum.

Tarih 17 Mar 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

ÇƏK GÖRÜM

Rəssam ,çağır təbiətin ruhunu
Hər gülünü ,çiçəyini çək ,görüm.
Aşıq sazın kökləyəndə qəm üstə,
Ruhanini, Dilqəmini çək, görüm,
Bacarırsan ,ürəyimi çək, görüm!

Tarih 17 Mar 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Gedirəm

Mənə qalan həsrətindi,bilə-bilə gedirəm,
Xəyalını xatirimdən silə-silə gedirəm,
Daş basıram ürəyimə,ölə-ölə gedirəm,
Buludların gözlərindən düşən damla bil məni,
Taleyində yerim yoxdur,həyatından sil məni.