Şair ve Yazarların Buluşma Sayfası

Fəridə Köçərli İbrahimova

Yalandan ömrümü yaşamadım mən

Email :3

Məni tanıyanlar bilir ki,ilk,son sevgimizdir ailəmizin xoşbəxtliyi.



Yalandan ömrümü yaşamadım mən




Keçsəm də əzablı həyat yolunu,

Yalandan ömrümü yaşamadım mən.

Boldan əl götürdüm,verdim dolunu.

Bəxtimin payını daşımadım mən.




Yalandan ömrümü yaşamadım mən.

Çoxunuz soruşur:,-niyə bədbinəm?

-Bərəsiz bir çayda azmış bəndəyəm,

Hər şerin nisgilli,həsrət bəndiyəm.




Dərddən ,,kəbinliyəm”,boşanmadım mən,

Yalandan ömrümü yaşamadım mən.

İlk sevgi yaşadıb məni illərlə,

Bir yerdə bacardıq ,,cöşan sellərlə”,




Küssək də barışdıq şirin dillərlə

Verdiyim peymandan daşınmadım mən.

Yalandan ömrümü yaşamadım mən.




Fəridə Köçərli.

06.06.21.

Wwww.kfiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts