Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

Xeyli Vaxtdır

Email :3

Xeyli Vaxtdır

 

Xeyli vaxtdır qara geyib Qarabağım.
Sinəsində sağalmayan yarası var.
Bir zamanlar cənnət olan Qarabağım,
Başından heç çəkilməyən bəlası var.

 

Şuşam indi əsir olub əsir düşüb.
Şikəstəni heç həvəslə oxumurlar.
Qarabağda o toxunan xalçaları,
Heç bir yerdə o həvəslə toxumurlar.

 

Xarabadır Natavanın gözəl yurdu.
Bülbül yoxdur bayquşları səs-səsədir.
O boş qalan cənnət olan Qarabağda
Yağılar da yurd salmağa həvəsdədir.

 

Xeyli vaxtdır talan olub talanıbdır.
Od verilib daş -kəsəyi qalanıbdır.
Nə zamandır yolları da bağlanıbdır.
Bir zamanlar cənnət olan Qarabağın.
Sinəsində qanı axan Qarabağın.

Nahidə Tağıyeva Qurbanova
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts