Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

Qıyma Gözlərimə

Email :4

Qıyma Gözlərimə

Qıyma gözlərimə sənsiz yaş dola.
Qəlbim həsrətindən yükünü tuta.
Adın çəkiləndə dilim dolaşa.
Amandır həsrəti yaşatma ömrüm.
Daha bir həsrətə dözmərəm ömrüm.

 

Çəkənmərəm həsrətinin acısın.
Zəhər billləm balın, şəkərin dadın.
Qəlbim parçalanar duyduqca adın.
Amandır həsrəti yaştma ömrüm.
Daha bir həsrətə dözmərəm ömrüm.

 

Gözüm görməz bağ-bağçanın gülünü.
Cəh-cəh vuran sevimli bülbülünü.
Ah çəkərəm ömrümün hər gününü,
Amandır həsrəti yaşatma ömrüm.
Daha bir həsrətə dözmərəm ömrüm.

 


Nahidə Tağıyeva Qurbanova
www.kafiye.net

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts