Şair ve Yazarların Buluşma Sayfası

Mezahir İsgender

ÜRƏKLİ OLANA YAZIQ, NƏ YAZIQ

Email :3

Bunu sərçəcik qədər də ürəyi olmayan sənin üçün deyil, sinəsində özündən böyük ürək gəzdirənlər ücün yazmışam…

ÜRƏKLİ OLANA YAZIQ, NƏ YAZIQ

(İxtisarla)

Ürəkli olmanın məktəbi başqa…
Ürəkli olmanın diplomu olmaz.
Ürəkli olanın yurdu-yuvası,
Nə zamanı,nə məkanı sorulmaz.

Ürəkli olanın yolu tutulu,
Ürəkli olanın məzarı qazıq…
Ürəkli olana ürək tablamaz,
Ürəkli olana yazıq,nə yazıq!

Ürəkli olanın dili kəsili,
Sinəsi çarpazlı…əlləri bağlı…
Ürəkli olanın başı bəlalı,
Ayağı zəncirli,hər yanı dağlı!

Ürəkli olanın anası ağlar,
Bilməz yolu hara gedir,haradı?
Ürəkli olana elə ürəyi
Bir bitişməz,bir sağalmaz yaradı…

Ürəkli olanın səbri ölçüsüz…
Nə dolmaz…tükənməz…nə də azalmaz.
Axtar da,söz lüğətində nə qorxu,
Kin-küdurət,nə xəyanət yazılmaz.

Ürəkli olmanın məktəbi başqa…
Ürəkli olanın məzarı qazıq…
Soyuq,bumbuz daşqəlblilər içində
Ürəkli olana yazıq,nə yazıq!

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts