Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

KÜSMÜŞƏM

Email :13

KÜSMÜŞƏM

“Küsmüşəm”başlıqlı saysız- hesabsız şeirlərimdən biri də budur.

Bilinməyən nə əvvəli,nə sonu
Misallardan,məsəllərdən küsmüşəm!
Yel olub da əqidədə,inamda
Hara gəldi,əsənlərdən küsmüşəm!

Dünya,al da nə vermisən çoxunu,
İstəmirəm nə varını-yoxunu,
Alıb ələ şeşpərini,oxunu,
Haqq yolunu kəsənlərdən küsmüşəm!

Bu oyunda min uduzan,on udan,
Bezib durmaz ilk uduzan,son udan,
Həsən yolun,Hüseyn yolun unudan
Həsənlərdən,Hüseynlərdən küsmüşəm!

Yaman budu,uça,ala dağ yara,
Ər də odu,Fərhad ola,dağ yara,
Uyub yada,uyub sara,əğyara,
Öz yarından küsənlərdən küsmüşəm!

Ay Məzahir,de,gördüyün deyiləm,
Ki ov olam,ovlanılam,yeyiləm,
Şirə deyil,çar-çaqqala deyilən
“Sağ ol”lardan,”əhsən”lərdən küsmüşəm!

Məzahir İsgəndər
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts