Saçımdaki
Saçımdakı dəni görüb
Işıq bil , dəni ağlama .
Ağla puç olan ömürə
Sən Allah , məni ağlama .
Yanan durub yandan baxır ,
Ruhum dönüb candan baxır ,
Bax… Gözlərim səndən baxır
Doldurub qəmi ağlama.
Ürəkdi… daş olar , gedər ,
İnsandı… daşınar , gedər ,
Buluddu… boşalar gedər ,
Çənə düşənim ağlama .
Yaylığını bənd eləyib ,
Çox özünə dərd eləyib …
Tanrı cənnət vəd eləyib ,
Solar gülşənim , ağlama.
Cavanşir Əsgər
www.kafiye.net





