Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Mənə bu yaşda

Email :15

Mənə bu yaşda sevgi şeirlərimi qəbahət bilənlərə.

Sən,ey mənə tən eyləyən,
Nə edim ki,bu olmuşam?!
Ömrün-günün bu yaşında
Sevib,təzdən vurulmuşam!

Əlac varmı de,bu dərdə?
Şahidimdi yer də,göy də,
Eşqin adı gələn yerdə
Nə durub,nə yorulmuşam.

Görüb də ki,məni çaşıb,
Demə,saçım kal çallaşıb,
Gah sellənib,gah vamlaşıb,
Çox lillənib,durupmuşam!

Bir göz yumub,gözüm yatmaz,
Dözümümə dözüm çatmaz,
Od-alovum məni atmaz,
Kim deyir ki,soyumuşam?

Məzahirəm,qocalsam da,
Ömrü-günü borc alsam da,
Min yıxılıb,ucalsam da,
Durub,təzdən qurulmuşam!

Məzahir İsgəndər
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts