Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Qabağa

Email :16


Qabağa
(təcnis)

Dost kimi dərdimi bölüşmək üçün,
Görən, varmı biri, çıxa qabağa…
Taleyimiz belə yazılıb neyçün?
Güman gedir neçə illər qabağa*…

Niyə çoxu dönüb olur nankor, a..?
Boğma kimi təsir edir, nan “kor”a**.
Qardaş deyirəmmiş, demə, nankora…
Çörək də kəsirdik, qabaq-qabağa.

Yuxarı keçərdi o vaxt başa, baş***,
Xeyir şərlə gələr idi başabaş,
Yavaş-yavaş qənim oldu başa, baş…
Çox başlar oxşadı, kudu- qabağa.

Şair əldə qələm, gözdə qor, uyar,
Saf duyğunu, qeyrət ilə qoru, yar!
Nə olsun, yağışdan, gündən qoruyar,
Başa düş ki, papaq deyil qab, ağa…!

Çingiz, şükür, sözün də var, dilin də,
Elə yaz ki, olsun doğma dilində,
Yazdıq gah latınca, gah rus dilində,
Bir müddət öncə də dalı-qabağa….
******************************

Qabağa* – neçə il əvvələ…
Nan kora** – Çörək verdiyin adamın mənliyi
kordusa, zərər çəkərsən.
Baş*** – Ağsaqqal.

13. 04. 2019
Çingiz Kürdəmirli.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts