Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Günaha batır

Email :16


Günaha batır.

(Xahiş edirəm özünü doğrudan da, Hacı bilən və mənim də hörmət bəslədiyim Hacı dostlarım inciməsin)

Dövran havalanıb bilmirəm, nədir,
Qəflətdən ayılan, yenidən yatır,
Yoxsa çərxi-fələk tərsinə gedir,
Beynin inkişafın belə yubadır?!

Bəlkə doğrudan da artır imanlar,
Doğruldur özünü yoxsa gümanlar?
Puldan libas geyib şərlər, yalanlar,
Hacı adın alır, məqsədə çatır.

Uyur imanımız şöhrətə, şana,
Çoxalır hacılar, gəlməyir sana,
Gedir ziyarətə,- orda şeytana,
Gəlib bir- birinə burda daş atır.

Belə yaratdılar “Hacı biznesi”n,
Söz tapmayır, Çingiz buna nə desin?
Xoş gəlir özünə ağlı hər kəsin,
Kim nə bilir, necə günaha batır?…

14.04. 2019.
Çingiz Kürdəmirli.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts