Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

O C Ü R Q A L A Y D I Q

Email :17

O C Ü R Q A L A Y D I Q



Kaş,el
ə o cürə qalaydın,gülüm-

Dodaqda təbəssüm,gözdə fərəh,şən…

Başına nə duman,çən qonmayaydı,

Solmayaydı yollarında nə gülşən!




Qonmayaydı başına n
ə duman,çən,

Çəkməyəydi dil-dodağın bir ah da!

İtməyəydi təravətin,nə ətrin,

Yazmayaydı bu yazını Allah da!




Dodaqda t
əbəssüm,gözdə fərəh,şən,

Olaydın qönçə-tər gül budağında!

Xəzan görüb,tökməyəydi yarpağın

Kolun-kolağatın,nə budağın da!




Olaydın qönç
ə -tər gül budağında,

Solub-solmayaydı nə bənizin də!

Üzəydin qəlbində min arzu-istək

Sevinc dənizindəən dənizində!




Ç
əkməyəydi dil-dodağın bir ah da,

Qonmayaydı gözlərinə damla yaş!

Qurşaq tutub,bu dünyayla savaşda

Həmişə xeyrinə bitəydi savaş!




Solub-solmayaydı kaş,o b
ənizin,

Baxıb da güzgüyə,sıxılmayaydın!

Anıb bir-birindən o xoş günləri,

Od yeyib,od içib,yaxılmayaydın!




Qonmayaydı gözl
ərinə damla yaş,

Sən mənə,mən sənə o cür dalaydıq!

Verib ömrümüzdən qalan günləri,

Nə ola,ölüncə o cür qalaydıq!..




M
əzahir İsgəndər

30.04.2020.

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts