
GÖZƏL ŞUŞAM!
Bahar gəlib bu ellərə.
Çiçəklənib çəmən,dərə.
Adın düşüb bil, dillərə.
Gözəl Şuşam,gözəl Şuşam!
Bir cənnətsən, zümrüd qaşlı .
Gözəlləri şux baxışlı .
Xarı bülbül min naxışlı.
Gözəl Şuşam,gözəl Şuşam!
Yaraşıqdır hüsnün sənə
Adın düşüb dildən-dilə .
Gözəlləşir ildən-ilə,
Gözəl Şuşam,gözəl Şuşam!
Uzun illər sinən dağlı,
Qapın bağlı, yolun bağlı.
“Şuşa “adlı bir nağıldı,
Gözəl Şuşa,gözəl Şuşam!
Əsmər Bağırova 20.04.2022
www.kafiye.net




