Şair ve Yazarların Buluşma Sayfası

Aygun Rehimli

NİYƏ GƏLDİM BU DÜNYAYA

Email :3


NİYƏ GƏLDİM BU DÜNYAYA

Müəllif :Aygün Rəhimli

Niyə gəldim bu dünyaya
Ruha dustaq etdin təni,
Qurtuluş verdin səcdəni,
Yaradan, bağışla məni,
Günahlarım gəlməz saya,
Niyə gəldim, bu dünyaya?

Düzdür, nə atsan aşına,
Bir gün çıxacaq qarşına.
Heçnə deyildir boşuna,
İşə yarar, hər daş, qaya,
Niyə gəldim, bu dünyaya?

Zaman yeldir, mən bir xəzəl,
Torpaqmış yerim, son-əzəl,
Tanrım yaradıb nə gözəl,
Heyranam günəşə, aya,
Niyə gəldim, bu dünyaya?

Fələk əldə dəryaz biçər,
Arif olan, haqqı seçər,
Göz yumunca ötüb keçər,
Ömür bənzər, oxla yaya,
Niyə gəldim, bu dünyaya?

Dünya çalsın rübabını,
Sən bol eylə savabını,
Rəhimli, yaz cavabını,
Qoyma ömrün gedə zaya,
Niyə gəldim, bu dünyaya?

Aygun Rahimli
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts