Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

MƏNİ YOXLUĞUNLA SINAMA

Email :16

MƏNİ YOXLUĞUNLA SINAMA..

Əzaba,kədərə çox boyun əydim,
Məni yoxluğunla sınama ey yar..
Səni mən ömrümün sultanı sandım,
Məni yoxluğunla sınama ey yar..
**
Dərdimi yazmağa qələm də yetmir,
Gözlərin gözümdən heç bir an getmir,
Nə etsəm vallahi bu çiləm bitmir,
Məni yoxluğunla sınama ey yar..
**
Aylarca gözlədim,səndən xəbər yox,
Hardasan sevdiyim çox gözlədim,çox,
Sənsizlik oduyla az qəlbimi yax,
Məni yoxluğunla sınama ey yar..
**
Evim,bağım,bağçam həsrət qoxur gəl,
Hicran alov-alov qəlbi yaxır gəl,
İndi gözlərimdən sellər axır gəl,
Məni yoxluğunla sınama ey yar..
**
Səni şeir deyib yazdım sulara,
Yoxluğun çox çəkir könlümü dara,
Sayəndə rast gəldim borana,qara,
Məni yoxluğunla sınama ey yar..

Nazlı Hacılı.
9.09.2016.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts