Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

KÖNLÜMÜN SƏSİ..

Email :15

KÖNLÜMÜN SƏSİ..

Üzünü görən zaman sanki dünya mənimdir,
Eşqin eşqimə məlhəm,canın mənim canımdır,
Qəlbin cənnət məkanım,adınsa ünvanımdır,
Sən ey əsmər bənizlim,ürəyimin nəşəsi,
Səninlə gülür üzüm,sən könlümün şən səsi.
*
Hər gələndən,gedəndən ürəyim səni sorur,
İnan ki yerde,göydə gözüm tək seni görür,
Haraya baxıramsa resmin qarşımda durur,
Sən ey əsmər bənizlim,ürəyimin nəşəsi,
Səninlə gülür üzüm,sən könlümün şən səsi.
*
Sanki hərdən toxunur nəfəsin nəfəsimə,
Bəzən uldızdan,aydan ses verirsən səsimə,
Gülüşün mail olur yaşamaq həvəsimə,
Sən ey əsmər bənizlim,ürəyimin nəşəsi,
Səninlə gülür üzüm,sən könlümün şən səsi.
*
Ömrümə doğan günəş,baharımsan,yazımsan,
Rəbbimin hədiyyəsi,mənim alın yazımsan,
Sən ruhumun harayı,mənim kölül sazımsan,
Sən ey əsmər bənizlim,ürəyimin nəşəsi,
Səninlə gülür üzüm,sən könlümün şən səsi.

Nazlı Hacılı.
4.09.2016.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts