Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Aygun Rehimli

Hara Gedirsən?

Email :13

Hara Gedirsən?

Yuxu pərdələrin gözümdən çəkin,
Gərəksə, həqiqət damcısı tökün,
İllərlə çiynimə yığdığın yükün,
Acısın silməmiş, hara gedirsən?

Hərdən, qəlb çəkdiyin gətirmir dilə,
Sözümü söyləyir, yaş gilə-gilə.
“Salam-Saq ol” üçün gəlmişdin elə?
Dərdimi bölməmiş, hara gedirsən?

Ünvanısan sual-sorğularımın,
Sənsən vahiməsi qorxularımın,
Sənə hiss etdiyim duyğularımın,
Əcəli gəlməmiş, hara gedirsən?

Yoluna dikilib qalmış gözümün,
Gücünə güc versin, bəlkə dözümün.
Sənə deyiləsi min bir sözümün,
Heç birin bilməmiş, hara gedirsən?

Tənha günlərimi sovurub-sovub,
Məlhəm əllərinlə, başımı ovub,
Qəmimi, ahımı dağlara qovub,
Güldürüb-gülməmiş, hara gedirsən?

Qıyma ki, həsrətdən sənsiz dona can.
Gözlərə gözlərim fəda, cana can.
Bəs deyirdin, mənimləsən sonacan?
Rəhimli ölməmiş, hara gedirsən?

Müəllif:Aygün Rəhimli
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts