Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Aygun Rehimli

Hansı üzlə qayıtmısan geriyə

Email :13


Hansı üzlə qayıtmısan geriyə

Həsrət tutar, ayrılığın bir əli.
Bu yolu ya seven keçər, ya dəli.
Bəs gedəndə, gedəcəydin irəli?
Hansı üzlə qayıtmısan geriyə?

Axtardığım ləl yox, bəxt kitabıdır,
Əlimdə talehin düyün sapıdır.
Döydüyün, çırpıb getdiyin qapıdır,
Hansı üzlə qayıtmısan geriyə?

Milyon dil tökəsən, əmin deyiləm,
Yalandan ağlama, qəmin deyiləm.
Sən həminkisən, mən həmin deyiləm,
Hansı üzlə qayıtmısan geriyə?

Rəhimlini zalım kimi süzürsən,
Nədən narazısan, dodaq büzürsən?
Öldürüb getdiyin qəlbi gəzirsən?
Hansı üzlə qayıtmısan geriyə?

Müəllif: Aygün Rəhimli
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts