
Daş
olasan
Bir balaca bərk olasan
Soyuqqanlı daş olasan…
Qaranquşlar qayıtmalı,
Güllər çoxdan açılmalı
Yaz soraqlı səmənilər
Niyə sonda tullanmalı?
Boşuna baş yormamalı…
“Xətrin” üçün ad alasan;
Zəmanəylə ayaqlaşıb,
Filankəslə salamlaşıb
Qaraya ag boyayasan…
Yalana bel baglayasan.
Gəl olma sən, coxda zərif
Lap yalannan eylə tərif;
Pisliyirlər ? pis deginən .
Şor deyirlər?
bal deginən .
Düzdən uzaq sən olginən
Deməsinlər sənə hərif.
Soyuq başa buz baglama,
Hər ,,yaxşıya”bel baglama,
Gedən üçün yas saxlama
Yaşı quruya calayıb,
Sonra; “külü mənə qalıb”,
Döyüb, başına aglama !
Qaranquşlar gec gəlsə də,
Bagçanda gül bitməsə də,
Bülbül ötüb, ötməsə də
Səməni gözdən düşsə də,
Həyat budur, dözməlisən
Çalışasan, necə varsan,
Lap
yansan da,yaşayasan!
Fəridə Köçərli
www.kafiye.net




