
AT MƏNİ..
Mələk kimi çıxmış idin qarşıma
Niyə yersiz oyun açdın başıma?
Qıymayaydın gərək cavan yaşıma,
Çalış artıq unut məni,at məni,
Demədim ki,nadanlara sat məni..
*
Əl uzatdın,verdim sənə əlimi,
Dərdlər qoymur susum,tutum dilimi,
Verdin mənə dünya qədər zülümü,
Bu oyunda etdin axır mat məni,
Demədim ki,nadanlara sat məni..
*
Hər əzaba sinə gərdim,dayandım,
Oda saldın ta alışdım,ta yandım,
Çox şükür ki,son məqamda oyandım,
Kül eylədi bu dəhşətli od məni,
Demədim ki,nadanlara sat məni..
*
Haqqı-sayım gözlərindən gələcək,
Sən bilməzsən,bunu Xaliq biləcək,
Mənə deyil,sənə aləm güləcək,
Zənn eləmə çöldə bitən ot məni,
Demədim ki,nadanlara sat məni..
*
Xəyanətin səni saldı gözümdən,
Bəhanəylə tez-tez küsdün sözümdən,
Uzaq dolan,daha əl çək izimdən,
Çünki,heç vaxt etməmisən şad məni,
Demədim ki,nadanlara sat məni..
Nazlı Hacılı.
www.kafiye.net




