Çoxdandı
Çoxdandı bir dəli leysan da yağmır ,
Qonubdu üstünə toz ağacların .
Çırpıb ora -bura qəddini əyir
Külək bağlardakı düz ağacların .
Yarpağı tökülüb , başı kəsilib ,
Barına atılan daşı kəsilib ,
Naşının əlində naşı kəsilib ,
Yonub düzəldiblər paz ağacları.
Bu ağac nemətdi , o ağac sərvət ,
Yığılır meyvəsi çuvala xəlvət …
Vəzirov , tutduğun işlərə lənət ,
Əkmişdin , bar verir qoz ağacları .
Cavanşir Əsgər





