Şair ve Yazarların Buluşma Sayfası

Xalide Nuray.

Görən niyə doğulmuşam

Email :3





Görən niyə doğulmuşam



Ömrümün xəzan çağında,
Axtarıram gəncliyimi.
Bəxtimin buz baxışında,
İtirmişəm dincliyimi.


Qocalığın gül nəfəsi,
Saçlarıma sığal çəkir.
Gözlərimin quzey qarı,
Yollarıma həsrət əkir.


Bəxtin acı gülüşündən,
Cana doyub gözlərim də.
Arzularım inildəyir
Qəm naxışlı sözlərimdə.

Boylandığım pəncərədən,
Kədər adlı yol salmışam.
Bu dünyanın sərt üzünə,
Görən niyə doğulmuşam?

Xalidə Nuray.08.05.2019
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts