O gün sinəmizi düşmən dağladı,
Zamanın özü də ayaq saxıadı.
Dəli dağ yas tutub,Tərtər ağladı,
Özünü qayadan atan qızlara.
Mənim el qızlarım saflıq aynası,
Namusdan yoğrulub əzəl mayası.
O gün qanad verdi,yurdun qayası,
Özünü qayadan atan qızlara.
Pünhanə,Tərtərin göz yaşı oldu,
Tarixin pozulmaz yaddaşı oldu.
Göydələn zirvələrə baş daşı oldu,
Özünü qayadan atan qızlara.
Punhane Eliyeva
www.kafiye.net





