Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Zalım Xəyalını

Email :16

Zalım Xəyalını

Zalım xəyalını uzaq eyləyib,
Bir daha yaxına qoymaram sənin,
Sənə sevgim məni qəmə bələyib,
Bir daha sözünə uymaram sənin.
*************
Özün də özgənin,xəyalların da,
Qoy getsin dalınca nəyimə lazım.
Sənə bağlı idim arzularında,
İndiki halını duymaram sənin.
************
Demişdin gələndə gələrəm sənə,
Hər sözü-söhbəti bölərəm sənə
Ömürlük xoş günlər dilərəm sənə,
Eşit izinə iz qoymaram sənin.
**********
Çıxdın xəyalımdan,həm ürəyimdən,
Bıçağı sapladın sən kürəyimdən,
Solmazam,neynədim a zalım nədən,
Daha heç adını saymaram sənin!…

Solmaz Şirvanlı
13-08-2016
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts