Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

YOXSAN,VƏSSƏLAM

Email :16



YOXSAN,VƏSSƏLAM



Hər gün yollarını aradım durdum
Hər gəlib-gedəndən mən səni sordum
Canım həlak oldu,özümü yordum
Nə səndən xəbər var,nə də bir salam
Daha mənim üçün yoxsan,vəsslam…
**
Dərdimi söylədim dağlar əridi
Kədər üzərimə qəfil yürüdü
Həsrət saçlarımdan tutdu sürüdü
Həyatım virandır,ömrümsə talan
Daha mənim üçün yoxsan,vəssalam..
**
Ayrılıqdan olub rəngim bəmbəyaz
Ya bir xəbər yolla,ya bir məktub yaz
İnsan bu qədər də vəfasız olmaz
Dərdimə olmadı bir çarə qılan
Daha mənim üçün yoxsan,vəssəlam..
**
Sənin hər kəlmənə şəksiz inandım
Verdiyin zülümdən yandım,ha yandım
Səni ürəyimin sultanı sandım
Demək sözlərin də,eşqin də yalan
Daha mənim üçün yoxsan,vəssəlam..


Nazlı Hacılı.

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts