Şair ve Yazarların Buluşma Sayfası

Fəridə Köçərli İbrahimova

Yorulmaqdan yorulmaq bambaşqa olur

Email :3

Yorulmaqdan yorulmaq bambaşqa olur

Sən hardan biləsən ki, yorulmaq nədir?
O agırlıq ayaqda, nə başda olur.
Agızlarda qıfıldır, bogazda kəndir,
Gözlərinsə çarəsi tək yaşda olur.
Yorulmaqdan yorulmaq, bambaşqa olur.

Otuz ildir həsrətə vurulmur yekun,
Qeyrət, namus ölübdür, ya olub məhkum.
Torpaga qərar üçün başqası hakim…
İnsandakı soyuqluq tək daşda olur,
Yorulmaqdan yorulmaq, bambaşqa olur.

Dinləsən şəhidlərin son vəsiyyətin,
Bitəcək otuz illik Vətən həsrətin.
Keç düşmən sədlərini,tanıt sərhəddin.
Əsil torpaq nicatı savaşda olur,
Yorulmaqdan yorulmaq,bambaşqa olur.


Feride Köçərli İbrahimova
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts