Şair ve Yazarların Buluşma Sayfası

Mezahir İsgender

YOLLAR, AXI, QƏRİBƏM MƏN

Email :5

YOLLAR, AXI, QƏRİBƏM MƏN

Bir tikə çörək üçün qürbətlərlə “qol-boyun” olan minlərlə həm vətənlərimizə,o cümlədən oğlum Zahir üçün.

Gözümdə min qəm sərgisi,
İtirmişəm yolu-rizi,
Açın mənə sinənizi,
Yollar,axı,qəribəm mən!

Qan qalmayıb nə bənizdə,
Bükülübdü tərsə diz də,
Qoyun yatım kölgənizdə,
Kollar,axı,qəribəm mən!

Düşüb bir qürbət qoynuna,
Əl çalıram hər oynuna…
Barı,sarılın boynuma,
Qollar,axı,qəribəm mən!

Dili olan batırdı biz,
Yanıb,qaldım səssis-səssiz,
Dil açıb da dindirin siz,
Lallar,axı,qəribəm mən!

Bu bəxt məni dağa-daşa
Salıb,dedi,- belə yaşa,
Allah,barı,özün oxşa,
Nolar,axı,qəribəm mən!

Mezahir İsgender
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts