Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Yol daşı

Email :14


Həyatda elə adamlar var ki, çox çətin başa düşüləndir. Onlardan biri mən özüm, bir neçəsi də, sən demə əhatəmdəki yaxın yoldaşlar imiş… Əsəblərim pozulduğu üçün əməlli bir şeir də yasa bilmirəm daha.

Yol daşı
(təcnis)

Sözü qəlpə – qəlpə qayadan qopar,
Diş ilə, dırnaqla çalış yol, daşı*,
Əməlindən nəsə qalsın yadigar,
Təbin ilə gələcəyə yol daşı**…

Hər yuyanda minnət qoyur əl üzə,
Üzdə də imkan yox, əldən əl üzə,
Yalan dəryasında bilməsən üzə,
Səndən də qiymətli olur yol daşı.

“FB” cəhənnəmdi, qaynar qazandı,
Çoxu bir – birinə quyu qazandı,
Guya ki, Çingiz də dostlar qazandı,
Sonda gördü yoxdu bircə yoldaşı!..

Yol daşı* – Daşı ot yolan kimi yol.
Yol daşı** -(Məcazi mənada) Özündən sonra iz qoy.
23. 04. 2019.
Çingiz Kürdəmirli.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts