Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

YENİ KƏŞF.

Email :15

YENİ KƏŞF.



Həsrətə gor qazıb,gor göstərməsək
Yaşamdan bac alıb yaşayacaqdır.
Biz ona dərs keçib,dərsin verməsək
O bizi məzara daşıyacaqdır.
**
Nəfsim nəhs edəndə nəfsimi sildim
Sazım səhv çalanda səhv simi sildim
Tutaq ki,gözümdən əksini sildim
Bəs qəlbdən kim onu qaşıyacaqdır?
**
Pak paksa durulur min yol lil etsən
Haqq haqsız kor etməz,gözə mil etsən
Eşq eşqsə yandırıb qara kül etsən
Eşq versən yenidən başlayacaqdır.
**
Qəlb xoşbəxt döyünər,xoşbəxt sazlasan
Dərddən dərd törənərdərd xapazlasan
Elimə bir zərrə daş tulazlasan
El səni elliklə daşlayacaqdır.
**
Xalqdan vəsf alıbdır kim vəsf edibdir
Vəsfdə yer almayan qəm kəsb edibdir
Hacılı yeni bir xış kəşf edibdir
Kasıb idrakları xışlayacaqdır…




Nazlı Hacılı.

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts