Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nahidə Tağıyeva

YENE

Email :14

YENE

Yenə səpələnib bax otağıma .
Sənə aid olan köhnə şəkillər.
Hər biri dil açıb danışır mənə.
Çoxunun dilində yenə gileylər.

Mən neçə illərdir razı salmadım.
Köhnə şəkilləri xoş sözlərimlə.
Gətirdim gözümün önünə hər gün
İncitdim ruhumu öz əllərimlə.

Bitmədi bu ağrı bu acı həsrət.
Bir ömür yoluma həyan oldular.
Yeganə təssəlim cansız şəkillər.
Gecələr halımı duyan oldular.

Sözüm qurtaranda gözlərim baxdı.
Daş qəlbli dedilər elə adıma.
Onlar hardan biləsin axı ay adam
Ömürlük həkk oldun sən yaddaşıma .

Nahidə Tagıyeva Qurbanova .14.07.2019
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts