Şair ve Yazarların Buluşma Sayfası

Seadet Rzayeva

YENƏ

Email :3


YENƏ

Yenə çox uzaqlara dalıb, qalıb gözlərim,
Buludlara sığınıb, qəmlə dolub gözlərim.
Yenə ürək təklənib, boynun büküb köksümdə,
Yenə susub dodaqlar, dilli olub gözlərim.

Yenə bahar çağında üşüsə də ürəyim,
Ürək dönməz hökmündən, yaşayacaq diləyim,
Həsrət müthiş zülümdü, vüsalımız gərəyim,
Vüsala çatmasam da çatar sənə sözlərim.

Yenə gecələrimdə ulduzuma çönübsən,
Ruhum olub yenidən sən canıma dönübsən,
Təbəssümlə anıram, göy üzündən enibsən,
Sənlə bəxtiyar idim, səndə qalıb izlərim.

Yenə nur səpəcəkdir yolunda məhəbbətim,
Üzünə güləcəkdir yenidən səadətim,
Büdrəsə də eşqimiz usanmaz ülviyyətim,
Yaşadacaq sevgimi ülvi, təmiz hisslərim.

Seadet Rzayeva Qerib
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts