Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

YAZIMSAN MƏNİM..

Email :16


YAZIMSAN MƏNİM..

İçimi sızladan,canımı yaxan
Səssiz bir misrasan şeirlərimdə..
Bal kimi süzülüb könlümə axan
Səssiz bir misrasan şeirlərimdə..
***
Gündüzlər günəşim,gecə ayımsan
Sən mənim Rəbbimdən nurlu payımsan
Ekizim,bənzərim,əsil tayımsan
Səssiz bir misrasan şeirlərimdə..
***
Çiçəkli baharım,gülüzarımsan
Ömrümün mənası,təkcə yarımsan
Canımsan,gözümsən,gözdə nurumsan
Səssiz bir misrasan şeirlərimdə..
***
Ruhumu oxşayan məlyimsən sən
Sevincim,ümidim,diləyimsən sən
Köksümdə çırpınan ürəyimsən sən
Səssiz bir misrasin şeirlərimdə..
***
Hissimin,duyğumun adresi,adı
Sevdamın solmayan arzu muradı
Eşqin izdirabı,sevginin dadı
Səssiz bir misrasan şeirlərimdə..
***
Alnıma yazılmış yazımsan mənim
Şeirimsən,nəğməmsən,sazımsan mənim
Həyata baxışım, gözümsən mənim
Səssiz bir israsan şeirlərimdə.

Nazlı Hacılı.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts