Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Yarpağın arzusu

Email :3


Yarpağın arzusu

Ağacdan düşən yarpağı
Göyə qaldırmışdı külək.
Yarpaq göydə pərvaz edir,
Uçurdu qanadlı ı quş tək.

Sonra külək sakitləşdi,
Yarpaq da torpağa düşdü.
Baxıb göylərə soruşdu:
“Hanı qanadlarım, külək?”

Ay yarpaqlar ,ağlamayın,
Küləyə bel bağlamayın.
Quşlara da oxşamayın,
Yarpaq torpaq olsun gərək.

Quşa qanad verən Tanrı
Ağac edib yarpaqları.
Buraxaq boş xülyaları
Hər kəs yerin bilsin gərək.

28 aprel 2017  Tamara Rüstamova Tənha Bulud
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts