Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Yaranandan

Email :15

Yaranandan

Yaranandan bu günə canda şəfadır musiqi.
Loğmandır ,təbibdir həm dərdə dəvadır musiqi .

Sirləriylə həmişə qəlbdə yeni dünya qurur,
Ürəyi məst eləyən dəli sevdadır musiqi.

Ana laylası kimi könülləri oxşayır o,
Dünyaya sığışmayan geniş dünyadır musiqi.

Dinclikdir ,rahatlıqdır yorğun olan bəndələrə,
Aydan da ,Günəşdən də parlaq ziyadır musiqi.

Ofsundur, möcüzədir, tilsimdir başdan ayağa,
İlahi, həqiqətdir yoxsa röyadır musiqi?!

Nəfəsin çatışmasa gecə – gündüz dinlə onu ,
Çünki səni sən edən ruhdur, havadır musiqi.

İlahi vergisidir hər bir insan əhli üçün,
Ey Zaur, etdiyimiz gözəl duadır musiqi.

25-Mart—2011
Zaur VEDİLİ
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts